İngiltərə Premyer Liqası təmsilçisi “Arsenal” Fransanın PSJ klubunun yarımmüdafiəçisi Zair Emrini transfer etməkdə maraqlıdır.
Viral.az xəbər verir ki, Paris kollektivi “topçular”dan gələ biləcək sərfəli təklifə müsbət yanaşır.
London təmsilçisinin baş məşqçisi Mikel Arteta müxtəlif mövqelərdə oynaya bilən 19 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Son Yazılar:
- “Arsenal” PSJ-nin futbolçusunu transfer etməkdə maraqlıdır
- ABŞ 75 dəqiq idarə olunan sursatdan istifadə EDİB
- Roma Papası müharibələri dayandırmağa ÇAĞIRDI
Xatırladaq ki, Zair Emri ötən mövsüm PSJ-nin heyətində 50 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun hazırkı müqavilə müddəti 2029-cu ilin yayına qədərdir.
“Transfermarkt” portalı futbolçunun transfer dəyərini 55 milyon avro qiymətləndirir.