AZ

İran parlamenti Hörmüz boğazının bağlanmasını təsdiqləyib

ABŞ-ın İsrail tərəfində müharibəyə qoşulması və İrana məxsus üç nüvə obyektinə hücum etməsindən sonra İranın cavab tədbirinin necə olacağı maraq doğursa da, İran parlamentindən diqqətçəkən bir addım gəlib. Buna uyğun olaraq İran parlamenti Hörmüz boğazının bağlanmasını təsdiqləyib. Son qərarı təhlükəsizlik xidmətləri verəcək.

İranın dövlət yayımçılarından biri Press TV-nin məlumatına görə, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü general-mayor Kövsəri parlamentin Hörmüz boğazının bağlanmalı olduğu qənaətinə gəldiyini açıqlayıb. Digər tərəfdən, bu məsələ ilə bağlı yekun qərarı Ali Milli Təhlükəsizlik Şurası verəcək.

***

Fars körfəzinin ağzındakı dar su yolu Hörmüz boğazı, Yaxın Şərqdəki neft və mayeləşdirilmiş təbii qaz (LNG) hasilatının Oman dənizi və Hind okeanı vasitəsilə dünya bazarlarına nəqlini təmin edir.

Dünyada dəniz yolu ilə daşınan xam neftin təxminən üçdə birinə ev sahibliyi edən bu strateji keçid Yaxın Şərqdəki istehsalçılar, xüsusilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri üçün xam neft və kondensatın daşınmasında mühüm rol oynayır.

Hörmüz boğazından gündə təxminən 20 milyon barel neft və neft məhsullarının böyük hissəsi Asiya bazarlarına, xüsusən də Çinə çatır. Bundan əlavə, qlobal LNG ticarətinin 20 faizi bu boğazdan keçir.

İsrailin İrana hücumları ilə başlayan münaqişədən sonra İran hələ də Hörmüz boğazını bağlamaq üçün heç bir addım atmasa da, ABŞ-ın İrandakı üç nüvə obyektinə hücumundan sonra diqqətlər Hörmüz boğazına yönəlib.

Seçilən
19
50
vaxt.az

10Mənbələr