AZ

İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar verib

İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib.

Bu barədə məlumatı Far.Az xarici KİV-ə istinadla yayıb. Bildirilib ki, qərarın qüvvəyə minməsi üçün İranın Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməsi tələb olunur.

Qeyd edək ki, bir müddət əvvəl İran Müdafiə Nazirliyi boğazın bağlanmasının gündəmdə olduğunu açıqlamışdı.

Xatırladaq ki, Hörmüz boğazı Fars körfəzi ilə Oman körfəzini birləşdirir. Onun şimalında İran, cənubunda isə Oman və Birləşmiş Ərəb Əmirlikləri yerləşir. Bu ərazi qlobal enerji tədarükü baxımından strateji əhəmiyyətə malikdir.

Seçilən
2
50
far.az

10Mənbələr