AZ

Klublararası dünya çempionatı: "Zalsburq" və "Əl Hilal" heç-heçəyə razılaşdı

BAKI, 23 iyun. TELEQRAF

ABŞ-də təşkil olunan klublararası dünya çempionatı çərçivəsində H qrupunun növbəti matçında Avstriyanın "Zalsburq” və Səudiyyə Ərəbistanının "Əl Hilal" klubları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, matç qolsuz yekunlaşıb - 0:0.

Qrupun digər oyununda İspaniyanın "Real Madrid" klubu Meksikanın “Paçuka” klubunu 3:1 hesabı ilə məğlub edib.

2 turdan sonra H qrupunda “Real Madrid” və “Zalsburq” klubları hərəyə 4 xalla ilk 2 pilləni bölüşür. 3-cü pillədə qərarlaşan “Əl Hilal”ın 2 xalı var. Qrup sonuncusu “Paçuka” hələ də xalsızdır.

Seçilən
30
teleqraf.com

1Mənbələr