AZ

Tramp qolf oynarkən İranı vurmağı əmr edib

ABŞ Prezidenti Donald Tramp iyunun 21-də Bedminsterdəki qolf klubunda olarkən B-2 strateji bombardmançıları ilə İranın nüvə obyektlərinə qarşl əməliyyata başlamaq barədə yekun qərarı verib.

Missiya.Az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Bildirilib ki, hücumun baş verə bilməyəcəyi ilə bağlı açıq bəyanatlara baxmayaraq, Ağ Ev rəhbəri iyunun 20-də ABŞ-nin müdafiə naziri Pit Heqsetə Amerika ərazisindən əməliyyata təyyarələr göndərməyi əmr edib.

Məlumata görə, bir neçə saat sonra strateji bombardmançı təyyarələr Missuri ştatında yerləşən hava bazasından havaya qalxıb.

“İyunun 21-də qolf klubunda Trampa məlumat verildi ki, bombardmançılar tezliklə geri dönüş nöqtəsinə çatacaqlar”, - deyə əlavə olunub.

Qeyd olunub ki, Tramp daha sonra Vaşinqtona uçun və burada onun milli təhlükəsizlik komandası əməliyyatın gedişi barədə ona məlumat verib. 

Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ bombardmançıları İranın Fordo, İsfahan və Netanzda yerləşən nüvə obyektlərinə zərbələr endirib.

Daşqın Həsənov 

Missiya.Az

Seçilən
21
1
missiya.az

5Mənbələr