AZ

Belarusdan Azərbaycana pul köçürmələri 24% artıb

2025-ci ilin ilk rübündə Azərbaycana Belarusdan fiziki şəxslərin pul köçürmələrinin həcmi 798 min ABŞ dolları təşkil edib.

FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 152 min ABŞ dolları və ya 23,5% artıb.

Xatırlatma üçün bildirək ki, 2024-cü ilin ilk rübündə Azərbaycana Belarusdan köçürülmüş fiziki şəxslərin pul köçürmələrinin həcmi 646 min ABŞ dolları olub.

Hesabat ilində Azərbaycana ümumi pul köçürmələrində Belarusun payı 0,3% təşkil edib. 2024-cü ilin ilk rübündə isə bu göstərici 0,2% idi.

Seçilən
9
10
fed.az

4Mənbələr