AZ

Rusiya ordusu Xersonda 70-dən çox ukraynalı hərbçinin olduğu poliqona zərbələr endirib

Rusiya Silahlı Qüvvələri “İsgəndər-M” operativ-taktiki raket kompleksindən istifadə edərək Xerson vilayətinin Davıdov Brod kəndi yaxınlığındakı poliqonu vurub.

Herbiand.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Zərbə zamanı kaset tipli sursatlardan istifadə edilib. Obyektiv müşahidə avadanlığı Ukrayna hərbçilərinin cəmləşdiyi əraziyə dəqiq zərbə endirdiyini və hərbi texnikanın alışdığını qeyd edib.

Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələri 70-dən çox hərbi qulluqçusunu, 10-a yaxın texnikasını itirib. Həmçinin, təlim meydanını əhatə edən hava hücumundan müdafiə heyəti və “Taran” tipli pilotsuz uçan aparatı da məhv edilib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
7
herbiand.az

1Mənbələr