Bakı. Trend:
Azərbaycanın milli aviadaşıyıcısı AZAL avqust ayından etibarənÖzbəkistanın Ürgənc şəhərinə müntəzəm reysləri bərpa edəcək. İlkreys 2 avqust tarixində həyata keçiriləcək.
AZAL-dan Trend-ə bildirilib ki, uçuşlar həftədə iki dəfə –çərşənbə və şənbə günləri yerinə yetiriləcək.
Ürgənc özünəməxsus kolorit, mədəni atmosfer və ab-havası iləsəyahətsevərlərin maraq göstərdiyi şəhərlərdən biridir. Bu marşrutkomfortlu səyahət üçün əlavə imkanlar yaradır.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobiltətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuşagentliklərdən əldə etmək olar.