AZ

Kolumbiyada gərginlik: Üsyançılar 57 hərbçini girov götürdü

Kolumbiyada

Kolumbiya üsyançıları 57 hərbçini girov götürüb və hələ də saxlayır. Bu barədə ölkənin Müdafiə Nazirliyi sosial şəbəkə X-də məlumat yayıb.Məlumata görə, Cənub-Qərbi Kolumbiyanın Kaukua departamentinin Arxeliya bələdiyyəsində “Karlos Patiño” silahlı qruplaşmasının üzvləri tərəfindən 4 zabit və 53 əsgər ələ keçirilib.Müdafiə Nazirliyi hərbçilərin oğurlanmasını kəskin şəkildə qınayaraq hadisəni dövlətə qarşı cinayət və təhqir adlandırıb. Kolumbiya ordusu girov götürülən ərazidə fəaliyyətini davam etdirir və həm hərbçilərin azad olunması, həm də yerli əhalinin qorunması üçün tədbirlər görür.Ulusum.az

Diqqət Çəkənlər

Anoreksiya xəstəliyinin müalicəsi yoxdurmu?

Hayfaya birbaşa zərbə – İranın raketləri hədəfə çatdı

İsraildən İrana sarsıdıcı zərbə - VİDEO

Seçilən
47
ulusum.az

1Mənbələr