AZ

Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı 4% ə yaxın azalıb

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu ilin yanvar-may aylarında Azərbaycanda daşınmaz əmlak üzərində 148 678 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

Bu barədə "APA-Economics"ə Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə 3,7% azdır.

Beş ayda qeydiyyata alınan mülkiyyət hüququnun 24 947-si (16,8%) ilkin, 123 731-i (83,2%) isə təkrar qeydiyyatın payına düşüb.

Dövr ərzində fərdi yaşayış və bağ evi üzərində – 26 019, mənzil – 35.630, torpaq sahəsi – 81 642, qeyri-yaşayış binası – 1 237, qeyri-yaşayış sahəsi – 3 794, əmlak kompleksi – 285, çoxmərtəbəli yaşayış binası – 68 və çoxillik əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 38 859-u Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

Bu ilin yanvar-may ayları ərzində 105 328 texniki pasport tərtib edilib, 24 599 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
5
apa.az

9Mənbələr