AZ

Kallas: Gürcüstan düzgün yolda deyil

TBİLİSİ, 23 iyun. TELEQRAF

“Avropa İttifaqının xarici işlər nazirləri bu gün Gürcüstanı da müzakirə edəcəklər. Gürcüstanda vəziyyət pisləşir. Mən Gürcüstanda zorakılıq törədənlər və insan haqlarını pozanlara qarşı sanksiyaları yenidən masa üzərinə qoyacağam”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Gürcüstan düzgün yolda deyil.

“Biz daha nələr edə biləcəyimizi müzakirə edəcəyik, çünki Gürcüstan düzgün yolda irəliləmir”, - K.Kallas söyləyib.

Seçilən
12
teleqraf.com

1Mənbələr