AZ

“Azərreyl” rusiyalı voleybolçu ilə müqavilənin müddətini uzadıb

Bakı, 23 iyun, AZƏRTAC

Kişi voleybolçulardan ibarət “Azərreyl” komandası oyunçusu Roman Merkuşovla müqavilə müddətini uzadıb.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, “dəmiryolçular” rusiyalı voleybolçu ilə birillik yeni sözləşmə imzalayıb.

Qeyd edək ki, R.Merkuşov 2024-cü ildən “Azərreyl”də çıxış edir.

Seçilən
11
3
azertag.az

4Mənbələr