AZ

KDÇ-2025-də 3-cü tur başlayır: Pley-off uğrunda amansız mübarizə

Bu gün ABŞ-da keçirilən klublarası dünya çempionatında (KDÇ) 3-cü turun oyunlarına start veriləcək.

Publika.az xəbər verir ki, əvvəlcə meydana B qrupun "sakinlər"i çıxacaq. 3 xalı olan "Atletiko" 6 xalla qrup lideri "Botafoqo" ilə üz-üzə gələcək. Braziliya klubuna pley-offa birinci pillədən vəsiqə qazanmaq üçün bir xal kifayət edir. İspaniya nəhəngi isə bunu reallaşdırmaq üçün qələbəyə məhkumdur.

Qrupun digər matçında 3 xalı olan PSJ xalsız "Sietl Sanduers"i sınağa çəkəcək. Hər iki görüş saat 23:00-da başlayacaq.

Digər iki görüş A qrupunda Bakı vaxtı ilə gecə saatlarında baş tutacaq. 4 xalla şərikli lider olan "İnter Mayami" və "Palmeyras" üz-üz gələcəklər. Görüş heç-heçə bitərsə, hər iki komanda pley-offa vəsiqə qazanacaq. Bu zaman qrupun digər - "Porto" - "Əl-Əhli" matçının nəticəsi heç bir əhəmiyyət kəsb etməyəcək. Bu qarşılaşmalar isə 05:00-a başlayacaq.

KDÇ-2025: 3-cü tur
23-24 iyun
B qrupu
23:00 Atletiko - Botafoqo
23:00 Sierl - PSJ
Xal durumu: Botafoto - 6, PSJ - 3, Atletiko - 3, Sietl - 0.

Seçilən
16
publika.az

1Mənbələr