AZ

Los-Ancelesin şerifi əvvəl başsağlığı verdi, sonra yazdığını sildi

Kaliforniya ştatının Los-Anceles dairəsi şerif departamenti X sosial şəbəkəsində ABŞ-ın nüvə obyektlərinə endirdiyi zərbələrə görə İran xalqına başsağlığı verən status paylaşıb, amma sonra onu silib.

“İki sahil” xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Şerif əvvəlcə postdan ABŞ-ın zərbələrinə istinadı mətndən çıxarıb, daha sonra yazını tamamilə silib.

Tezliklə Şerif Departamenti bəyanat yayaraq, idarənin rəsmi mövqeyini əks etdirməyən yazıya görə üzr istəyib. Eyni zamanda, İdarədə daxili araşdırma başlanılıb.

Seçilən
15
ikisahil.az

1Mənbələr