Kişi voleybolçulardan ibarət “Azərreyl” komandası oyunçusu Roman Merkuşovla müqavilə müddətini uzadıb.
Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, “dəmiryolçular” rusiyalı voleybolçu ilə birillik yeni sözləşmə imzalayıb.
Qeyd edək ki, R.Merkuşov 2024-cü ildən “Azərreyl”də çıxış edir.