AZ

İran MAQATE ilə əməkdaşlığı dayandırır

İran parlamenti Atom Enerjisi üzrə Beynəlxalq Agentlik(MAQATE) ilə əməkdaşlığın müvəqqəti dayandırılması haqqında qanun qəbul etmək niyyətindədir.

News24.az  xəbər verir ki, bunu İranın qanunverici orqanın sədri Məhəmməd Baqir Qalibaf bildirib. 

Onun sözlərinə görə, MAQATE siyasiləşmiş mövqe tutur və üzərinə götürdüyü öhdəliklərin heç birini yerinə yetirməyib.

“Biz parlamentdə İranın MAQATE ilə əməkdaşlığını bu beynəlxalq təşkilatın peşəkar davranışına obyektiv təminat alana qədər dayandıran qanun layihəsini qəbul etməyi planlaşdırırıq" , - o deyib.

Nigar

Seçilən
10
1
news24.az

2Mənbələr