AZ

İsrailin 50-dən çox təyyarəsi Tehranda yerləşən hərbi obyektləri bombalayıb

İsrail Hərbi Hava Qüvvələrinin 50-dən çox qırıcı təyyarəsi Tehrandakı hərbi obyektlərə zərbələr endirib.

Oxu.Az xəbər verir ki, bu barədə İsrail ordusunun Mətbuat Xidməti məlumat yayıb.
"Son hücum dalğası çərçivəsində İsrail Müdafiə Ordusunun Hərbi Hava Qüvvələrinin qırıcıları Kəşfiyyat İdarəsinin rəhbərliyi altında Tehranda yerləşən hərbi qərargahı, raket və radar istehsalı obyektlərini, həmçinin raket anbarı infrastrukturunu bombalayıb", - deyə məlumatda bildirilir.

"İsrailin ikinci "F-35" qırıcısı Təbriz şəhəri yaxınlığında İranın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub".
Oxu.Az xəbər verir ki, bunu "Aşura" korpusunun (SEPAH-ın Şərqi Azərbaycan vilayətindəki bölməsi) ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi polkovnik Möhsün Bəxt-Şokui deyib.
"Vurulan təyyarənin pilotu da əsir götürülüb", - İranlı polkovnik əlavə edib.
Onun sözlərinə görə, ilk "F-35" qırıcısı da iyunun 15-də həmin ərazidə məhv edilib. Hələlik İsrail və xarici KİV-lər məlumatı təsdiqləməyiblər.

İsrail hərbçiləri İranın Fordo nüvə obyektinin ətrafına zərbələr endirib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, zərbələrin məqsədi bu obyektə çıxış yollarını bağlamaq olub.
Bundan əlavə, İranın yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, İran İslam Respublikasının Hava Hücumundan Müdafiə Qüvvələri İsrailə məxsus pilotsuz uçuş aparatını Təbriz şəhərinin səmasında vuraraq məhv edib.

İsrail Müdafiə Nazirliyi Tehranda hökumət binalarına hücumlar təşkil edildiyini açıqlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.
Hədəflər arasında Tehranda Fələstin Meydanında qoyulan "İsrailin Məhv Saatı" elektron lövhəsi də olub.
Qeyd olunur ki, elektron lövhə 2017-ci ildə qoyulub və onun son tarixi kimi 2040-cı il təyin edilib. İran tərəfi məhz 2040-ci ildə İsrailin bir dövlət kimi mövcud olmayacağını iddia edir.

Seçilən
50
21
yenilik.az

10Mənbələr