AZ

Macarıstan Ukrayna məhsullarının idxalına veto qoydu

BAKI, 23 iyun. TELEQRAF

"Macarıstan Ukraynanın Avropa İttifaqına (Aİ) üzv olmasına qədər onun kənd təsərrüfatı məhsullarının ölkə bazarına daxil olmasına icazə verməyəcək".

Teleqraf xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra deyib.

Onun sözlərinə görə, Macarıstan fermerlərinin maraqlarının qorunması üçün bu qərar zəruridir və hökumət bu məsələdə qətiyyətlidir.

Seçilən
22
teleqraf.com

1Mənbələr