AZ

6,5 milyard dollarlıq layihədə gözlənilməz problem - "io" niyə dayandırıldı?

“Apple” şirkətinin əfsanəvi dizayneri Coni Ayv və “OpenAI” tərəfindən birgə həyata keçirilən “io” adlı süni intellekt cihazı layihəsi gözlənilmədən dayandırılıb. 

Valyuta.az xəbər verir ki, layihənin adı həm rəsmi veb-səhifədən, həm də sosial media hesablarından silinib. Lakin bu addım “OpenAI” ilə Coni Ayv arasında davam edən xüsusi süni intellekt avadanlığı inkişafı planlarının tamamilə ləğv edildiyi anlamına gəlmir.

“OpenAI” nəşr olunan açıqlamasında əməkdaşlığın davam etdiyini təsdiqləyib və “io” adından imtinanın hüquqi bir mübahisədən qaynaqlandığını bildirib. Söhbət, “Google” şirkətinin “moonshot” (radikal yeniliklər) laboratoriyasından çıxan “Iyo” adlı eşitmə cihazı layihəsi ilə yaşanan ticarət nişanı anlaşmazlığından gedir.

“OpenAI” və Ayv tərəfindən daha əvvəl yayımlanan blog yazısı və təqribən 9 dəqiqəlik təqdimat videosu da heç bir açıqlama verilmədən platformalardan silinib. Həmin yazıda bu cümlələr yer alırdı:

“İlhamverici, gücləndirici və insanlara fayda gətirən məhsullar hazırlamaq məqsədi daşıyan io komandası, artıq San-Fransiskodakı OpenAI-nin tədqiqat, mühəndislik və məhsul inkişafı komandaları ilə daha sıx işləyəcək”.

"OpenAI"dan rəsmi açıqlama

“OpenAI” sözçüsü Keyla Vud məsələ ilə bağlı verdiyi açıqlamada bildirib:

“Bu səhifə, ‘io.’ adının istifadəsinə qarşı açılan ticarət nişanı iddiası nəticəsində, məhkəmə qərarı ilə müvəqqəti olaraq yayımdan qaldırılmışdır. Şikayəti qəbul etmirik və bütün hüquqi seçimləri nəzərdən keçiririk”.

Paşa Məmmədli
 

Seçilən
38
valyuta.az

1Mənbələr