AZ

“Barselona”nın yetirməsini transfer etdi - “Atletik”

“Atletik” 23 yaşlı vinger Robert Navarronun transferini rəsmən açıqlayıb.

Sportinfo.az xəbər verir ki, ispaniyalı futbolçu “Malyorka”dan azad agent kimi keçib və yeni klubu ilə müddəti 2030-cu ilə qədər olan müqavilə imzalayıb.

Navarro “Barselona” akademiyasının yetirməsidir. O, peşəkar karyerası ərzində “Monako”nun gənclər komandasında, “Real Sosyedad” və “Kadis”də də çıxış edib.

Son La Liqa mövsümündə “Malyorka”nın heyətində 23 oyuna çıxan futbolçu, 1 qol vurmağa müvəffəq olub.

Seçilən
27
22
sportinfo.az

10Mənbələr