AZ

Klublararası dünya çempionatı: "Atletiko"ya qələbə yetmədi, PSJ 1/8 finalda

Dünya Çempionatında qrup mərhələsinin üçüncü turuna start verilib.

Sportal.az xəbər verir ki, B qrupunun sonuncu turunda keçirilən “Sietl Saunders” - PSJ matçında Paris təmsilçisi 2:0 hesablı qələbə qazanıb. Madrid "Atletiko"su isə Braziliya təmsilçisi "Botafoqo" ilə qarşılaşıb. Matç İspaniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşmasına baxmayaraq növbəti mərhələyə yüksələ bilməyib.

Qeyd edək ki, PSJ B qrupunda keçirdiyi 3 oyunda 6 xal topladı və top fərqinə görə eyni xala malik olan "Botafoqo" (2-ci yer) və "Atletiko"nun (3-cü yer) önündə qrup lideri oldu. Belə ki, aralarındakı oyuna görə daha yaxşı nəticə toplayan PSJ və "Botafoqo" 1/8 finala adını yazdırıb.

Klublararası Dünya Çempionatı

III tur

23 iyun

"Atletiko"(Madrid) – "Botafoqo" 1:0

Qol: A.Qrizmann,87

"Sietl Saunders" – PSJ 0:2

Qollar: K.Kvaratskelia, 35, A.Hakimi,67

saytlarin hazirlanmasi

Seçilən
30
36
sportal.az

10Mənbələr