AZ

"Tehranın nüvəsini dağıdıb, özünə də yerini göstərdilər... " - 12 saat öncə söylənən proqnozlar niyə... - VİDEO

Yeni Müsavat Media Qrupunun rəhbəri, əməkdar jurnalist Rauf Arifoğlu, Amerikanın İranı hansı gün bombalayacağını dəqiq şəkildə demişdi. Üstəlik, Amerika-İsrail-İran savaşının necə bitəcəyi, necə yekunlaşacağı, hansı ssenari ilə sonlanacağı ilə bağlı fikirlərini, İranın Qətər və İraqdakı Amerika bazalarına hücumlarına saatlar qalmış – və Trampın məlum açıqlamasına (“İrana təşəkkür edirik, əvvəlcədən xəbər verdilər”) cəmi 12 saat qalmış – Sevinç Telmanqızının "Canlı debat" layihəsində və canlı yayım formatında səsləndirmişdi.

Bütün bu öncəgörmələrini sosial media hesabında paylaşan Rauf Arifoğlu, həmin verilişdən bir parça yayımlamaqla aşağıdakı fikirləri yazıb və məsələnin aktuallığını, maraq dərəcəsini nəzərə alaraq bu yazını və video parçanı oxucuların diqqətinə təqdim edib:

“Demişdim”, kimi çıxmasın, amma demişdim…

Bu son həngamələrdən 10 saat öncə bütün sxem – ssenarini, necə yekunlaşacağını söyləmişdim:

“İran tək bir şey istəyir – ona sifətini qorumaq imkanı versinlər”.

Amma İrana heç sifətini qorumağa da imkan vermədilər.

14 raket atdılar, 13 raketini vurdular.

Tramp dedi ki, birini də sərbəst saxladıq, çünki başqa səmtə uçurdu…

Tramp İrana təşəkkür də etdi.

Tehran rejimi ABŞ-a haranı, saat neçədə vuracağını da deyibmiş…

Qisasa bax da…

Tramp Qasım Süleymanini öldürdəndə də, Tehranla belə bir səhnə oynamışdılar…

İndi də teatr quruldu, İranı oynatdılar…

Qətərə raket atdığına görə isə Türkiyə və ərəb dünyası onu qınadı…

Rəzalət!

İllərlə “Böyük Şeytan”, “Kiçik Şeytan” dediklərinə hər şeyini uduzdu.

Nüvəsini dağıtdılar, İranın.

Yerini və miqyasını göstərdilər.

Başa saldılar…

Proqnozlarım niyə dəqiq çıxdı?

Çox sadə səbəb var: İranı yaxşı tanıyıram.

Və bir də...

Bu teatrı 5 il öncə gördüyümü yaxşı xatırlayıram...

 

Musavat.com

Seçilən
26
musavat.com

1Mənbələr