AZ

İran rəsmisi: “Heç bir atəşkəs təklifi almamışıq – mübarizə davam edəcək”

Musavat.com xəbər verir ki, ABŞ-ın CNN telekanalı yüksək rütbəli İran rəsmisinə istinadən sensasion açıqlama yayıb.

İran rəsmisinin sözlərinə görə, Tehran bu günədək atəşkəs barədə heç bir rəsmi təklif almayıb və “sülh” bəyanatlarını manipulyasiya cəhdi hesab edir.

CNN-ə danışan İran rəsmisi bildirib:

“Bizə heç bir atəşkəs təklifi verilməyib. ABŞ və İsrailin bəyanatları yalandır və bu yalanlar İranın milli maraqlarına qarşı hücumları pərdələmək məqsədi daşıyır.”

“İran davamlı sülh əldə olunana qədər mübarizəni davam etdirəcək. Hazırda düşmən İrana hücum edir və İran cavab hücumlarını gücləndirmək ərəfəsindədir.”

İran rəsmisi həmçinin əlavə edib ki, Tehranın qərarı ölkənin təhlükəsizliyi və ləyaqəti naminə verilib və “düşmənin yalanlarına” qulaq asılmayacaq.

Bu bəyanat ABŞ Prezidenti Donald Trampın “atəşkəs əldə olunub” açıqlamasından dərhal sonra yayıldığı üçün dünya ictimaiyyətində yeni suallar və gərginlik doğurub.

 

Musavat.com

Seçilən
49
1
musavat.com

10Mənbələr