AZ

Tehranda İsrail təyyarəsi vuruldu – Yanğın və dağıntılar - FOTO

Musavat.com xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələrinin Tehrana gecə saatlarında endirdiyi hücum zamanı, İrana məxsus hava hücumundan müdafiə sistemləri İsrailə məxsus bir qırıcını vuraraq məhv edib.

Bu barədə TasnimNews agentliyi məlumat yayıb.

Hadisə yerindən yayımlanan fotolarda yanan təyyarənin qalıqları, alov və dağıntılar açıq şəkildə görünür. Eyni zamanda, şəhər sakinlərinin yanan təyyarənin yerləşdiyi əraziyə axın etdiyi və vəziyyətə müdaxilə etməyə çalışdığı müşahidə olunur.

İranın rəsmi mənbələri hələlik hadisəni rəsmən təsdiqləməsə də, yerli sosial media resursları və bölgə sakinləri görüntülərin Tehranın mərkəzinə yaxın bir ərazidə çəkildiyini bildirirlər.

Hadisənin Müdafiə Nazirliyinə zərbələrdən dərhal sonra baş verməsi, İran ordusunun cavab tədbirləri çərçivəsində İsrail təyyarələrinin vurulduğunu göstərir.

Regionda vəziyyət son dərəcə gərgindir və hücumların qarşılıqlı şəkildə davam etməsi ehtimalı yüksək olaraq qiymətləndirilir.

 

Musavat.com

00cd9f2e-9e15-454e-ab2f-a585cd3fae49.jpeg

Seçilən
68
21
musavat.com

10Mənbələr