"İran heç kimə təcavüz etməyib və heç bir şəraitdə, heç vaxt özünə qarşı təcavüzə də yol verməyəcək".
Publika.az xəbər verir ki, bunu İranın ali lideri Seyid Əli Xamenei "X" hesabında yazıb.
"Biz heç kimin təzyiqinə boyun əyməyəcəyik. Bu, İran millətinin məntiqidir", - Xamenei qeyd edib.