AZ

Pikassonun əsərini “boyadılar” Monrealdakı muzeydə

Kulis.az saytına istinadən ain.az xəbər verir.

Monrealdakı Gözəl Sənətlər Muzeyində bir ekoaktivist Pablo Pikassonun 1901-ci ilə aid “L'étreinte” adlı əsərinə çəhrayı boya töküb.

Kulis.az xəbər verir ki, hadisəni törədən “Kanadanın sonuncu nəsli” adlı iqlim fəalları hərəkatının üzvüdür.

Ekoaktivist öz hərəkətini belə əsaslandırıb: “Dövlət sənət əsərlərinin qorunmasına, vətəndaşların ehtiyaclarından qat-qat çox vəsait xərcləyir. İncəsənət yalnız insanların yaşaya bildiyi zaman çiçəklənir, sağ qalmağa çalışdıqları zaman deyil. Meşə yanğınlarının tüğyan etdiyi Manitobada kimin indi yeni bir Pikasso olmaq üçün vaxtı və enerjisi var?”

Gənc fəal saxlanılıb, lakin daha sonra məhkəməyə qədər sərbəst buraxılıb.

Qeyd edək ki, muzey nümayəndələri Pikassonun əsərinin şüşə ilə qorunduğu üçün zərər görmədiyini açıqlayıblar.

O qadın niyə kişini döyüb videoya çəkdi? - Ümumilli sadizm

Sən bizimsən, bizimsən durduqca bədəndə can! - Günün şeiri

Süni intellektlə romantik münasibət, yaxud insanın sonu - Nərgiz Qazi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
2
kulis.az

3Mənbələr