“Neftçi” daha bir futbolçusu ilə yollarını ayırıb.
Msport.az xəbər verir ki, yarımmüdafiəçi Filip Ozobiç komandanı tərk edib.
34 yaşlı oyunçu ilə başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, 2023-cü ilin yayından “Neftçi”də çıxış edən millimizin sabiq üzvü bu müddətdə 70 rəsmi oyunda meydana çıxıb, 16 qol vurub.