AZ

İstilik enerjisi ilə bağlı yeni ödənişlər müəyyən edilir

Bakı. Trend:

İstilik təchizatı sektorunda qiymətlər (tariflər) istiliktəchizatı subyektlərinin əsaslandırılmış xərclərini tam ödəməklə,həmin sektorun inkişafını təmin etməli və sosial-iqtisadi inkişafıstimullaşdırmalıdır.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasındamüzakirəyə çıxarılan "İstilik təchizatı haqqında" qanun layihəsindəöz əksini tapıb.

Layihəyə əsasən, istilik təchizatı sektorunda qiymətləri(tarifləri) dövlət tərəfindən tənzimlənən məhsulların qiymətləri"Tənzimlənən qiymətlər haqqında" Qanuna uyğun olaraqtənzimlənəcək.

Təbii inhisar subyektlərinin təqdim etdiyi məhsullar istisnaolmaqla istilik təchizatı sektorunda təqdim olunan qiymətləri(tarifləri) tənzimlənməyən məhsulların qiymətləri (tarifləri)tərəflər arasında bağlanılan müqavilələrlə müəyyən ediləcək.Tənzimləyici bu qiymətləri monitorinq edəcək.

Təbii inhisar subyektləri tərəfindən təqdim edilən qiymətləri(tarifləri) tənzimlənməyən məhsulların qiymətləri (tarifləri)Rəqabət Məcəlləsinin 39.6-cı maddəsinin tələbləri nəzərə alınmaqlatəbii inhisar subyektinin özü tərəfindən müəyyən olunacaq.

İstilik təchizatı sektorunda qiymətlərin (tariflərin) müəyyənolunması zamanı nəzərə alınmalı olan itkilər bu qanunda nəzərdətutulan qaydaya uyğun olaraq hesablanacaq (Bu maddə 2028-ci iliyulun 1-dən qüvvəyə minəcək).

İstilik enerjisinin istehsalçıları, paylayıcıları və satıcılarıtərəfindən tənzimləyiciyə tənzimləmə haqqı ödəniləcək. Butənzimləmə haqqının məbləği və ödənilmə qaydası müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilərazılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqan (qurum) tərəfindən müəyyən ediləcək və həmin məbləğ 2028-ciil iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqanın (qurumun) hesabına köçürüləcək.

2028-ci il iyulun 1-dək istilik təchizatı sektorunda qiymətlər(tariflər) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan(qurum) tərəfindən tənzimlənəcək.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncüoxunuşda qəbul edilib.

Seçilən
15
9
az.trend.az

10Mənbələr