AZ

2020-ci ildən sonra sosial paketlərə 8.5 milyard manat əlavə vəsait ayrılıb – Vüqar Bayramov

Bakı. Trend:

Bir həftə sonra Azərbaycanda sosial müavinətlər və təqaüdlərartırılacaq. Sonuncu artımlar 1,1 milyon vətəndaşlarımızı əhatəedəcək və bu Azərbaycanda sosial təminat sisteminin daha dagücləndirilməsi ilə bağlı həyata keçirilən işlərin tərkibhissəsidir.

Trend xəbərverir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye vəsahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin bu günkeçirilən iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev tərəfindənimzalanan sənədlər ölkədə əhalinin sosial təminatının daha dagücləndirilməsinin prioritetliyini və dövlət başçısının siyasətininmərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını birdaha təsdiq edir.

“3 milyon vətəndaşımızı əhatə edən yeni sosial paket 1,1 milyonvətəndaşımızın pensiyalarında, minimum əmək haqqı məbləğininyüksəldilməsi nəticəsində 700 mindən çox vətəndaşımızın maaşlarındavə eləcə də sosial müavinət və təqaüdlərdə artımları reallaşıb.Yeni artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıqəməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nailolunub. 2018-2024-cü illərdə müavinət və təqaüd ödənişlərində 5dəfə artım baş verib və dinamika bu il də davam edəcək. 2025-ciilki artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq.Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra AzərbaycanPrezidentinin göstərişi ilə reallaşan paketlərə 8.5 milyard manatəlavə vəsait ayrılır”, - deyə deputat qeyd edib.

Məqalədə:
Seçilən
219
26
az.trend.az

10Mənbələr