AZ

“İmişli”də əcnəbi məşqçi – rəsmi

Azərbaycan Premyer Liqasına vəsiqə qazanan “İmişli” komandasının yeni baş məşqçisi bəlli olub.

Futbolpress.az xəbər verir ki, komandanın sükanı portuqaliyalı Xorxe Kasqilyaya tapşırılıb.

Yeni mütəxəssislə birgə çalışacaq məşqçilər heyəti də müəyyənləşib. Kriştianu Duraeş və Gilyerme Kadete köməkçi məşqçi, Elşad Tahirov qapıçılar, Ulian Qoqa isə fiziki hazırlıq üzrə məşqçi olacaq.

“İmişli” yeni mövsümdə Premyer Liqada işləyəcək.

Seçilən
31
7
futbolpress.az

10Mənbələr