AZ

"Neftçi"nin UEFA Çempionlar Liqasındakı rəqibi müəyyənləşib

"Neftçi"nin qadın futbolçulardan ibarət komandasının UEFA Çempionlar Liqasındakı rəqibi müəyyənləşib.

"Cebheinfo.az" xəbər verir ki, paytaxt təmsilçisi IV qrupda Türkiyənin “Fomget” klubu ilə üz-üzə gələcək.

Təsnifat mərhələsi yarımfinal və final matçlarından ibarət olacaq. "Neftçi" yarımfinalda Türkiyə klubunu yenəcəyi təqdirdə, finalda İsrail təmsilçisi "Kiryat"la üz-üzə gələcək.

"Neftçi" ilk görüşünü səfərdə keçirəcək.

Qeyd edək ki, birinci təsnifat mərhələsinin yarımfinal matçları iyulun 30-da, final görüşləri isə avqustun 3-də keçiriləcək.

"Cebheinfo.az" 

Seçilən
26
3
cebheinfo.az

5Mənbələr