AZ

Elşən Süleymanov küçəsində hərəkət qismən məhdudlaşdırılacaq

BAKI, 24 iyun. TELEQRAF

Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsinin Bəhruz Nuriyev küçəsindən Babək prospektinin kəsişməsinə qədər olan hissəsində təmir işlərinin davam etdirilməsi ilə əlaqədar olaraqavtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, 25 iyun tarixində aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq həmin hissədə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Qurum yolun tam bağlanmadığını və sürücülərə sözügedən ərazidə hərəkət zamanı diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri tövsiyə olunur.

Seçilən
23
14
teleqraf.com

10Mənbələr