AZ

Nikola Zalevski “İnter”də qaldı - Rəsmi

İtaliyanın “Roma” klubunun polyak yarımmüdafiəçisi Nikola Zalevski paytaxt təmsilçisini Milan “İnter”inə birdəfəlik dəyişib.

Arena.az xəbər verir ki, “İnter” “Roma”dan icarəyə götürdüyü Zalevskinin transfer hüquqlarını da alıb.

Bu barədə Milan klubunun mətbuat xidməti məlumat yayıb. Polşalı yarımmüdafiəçi ilə imzalanmış müqavlənin müddəti və detalları açıqlanmayıb. Amma “İnter”in bu transfer üçün 6,3 milyon avro ödədiyi bildirilir.

Xatırladaq ki, “İnter” Zalevskini bu ilin fevralında 600 min avro müqabilində icarəyə götürmüşdü. Polşalı futbolçu Milan klubunun heyətində 17 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Nikola Zalevski “Roma”nın yetirməsidir. 23 yaşlı sol cinah yarımmüdafiəçisi 2021-ci ilin yayından “canavarlar”ın əsas komandasında forma geyinirdi. Polşalı futbolçu bu komandada 123 oyuna çıxıb, 2 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Zalevski Polşanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynadıqdan sonra 2021-ci ilin sentyabrında əsas yığmada debüt edib. O, indiyə qədər Polşa millisində 29 matç keçirib, 3 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
14
arena.az

1Mənbələr