AZ

Mbappe "Zalsburq"a qarşı oynaya biləcək? - SON DURUM

Son zamanlar kəskin qastroenteritdən əziyyət çəkən "Real Madrid"in hücumçusu Kilian Mbappe məşqlərə qayıdıb.

Fanat.Az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Qısa müddətdə xəstəxanaya yerləşdirilən, elə həmin gün evə buraxılan ulduz  futbolçu fərdi çalışmalara başlayıb. Mbappe  səhhətində yaranan problemlərə görə klublararası dünya çempionatının ilk iki oyununda - "Əl-Hilal" (1:1) və "Paçuka" (3:1) ilə qarşılaşmalarda iştirak etməyib. Bununla belə, Kilianın Avstriya "Zalsburq"u ilə üçüncü turun oyununda (27 iyunda saat 05.00-da başlayacaq) meydana çıxa bilmə ehtimalı var.

"Real Madrid"in həkimləri və məşqçiləri Kilianla bağlı yekun qərarı matç ərəfəsində verəcək.

Mbappe bu mövsüm "Real Madrid"də keçirdiyi bütün oyunlarda 43 qol vurub və 5 məhsuldar ötürmə verib.

Mirağa

Seçilən
3
27
fanat.az

10Mənbələr