AZ

Bakı-Balakən-Bakı qatarının vaqon sayı artırılır

Azərbaycan Dəmir Yolları QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə iyunun 25-də Bakıdan Balakənə, iyunun 26-da isə Balakəndən Bakıya yola düşəcək qatarın vaqon sayını artırır.

Bu barədə News365.az-a ADY-dən məlumat verilib.

Bildirilib ki, Bakı-Balakən və Balakən-Bakı istiqamətinə hərəkət edəcək qatara 3-ü “Standart” və 3-ü “Standart+” olmaqla ümumilikdə 6 vaqon qoşulacaq.

Qeyd olunan tarixlərdə qatar ümumilikdə 11 vaqonla hərəkət edəcək

Seçilən
17
29
news365.az

10Mənbələr