AZ

“Hyundai” dəmir maneəyə çırpılıb aşdı, sürücü maşından güclə çıxarıldı VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Bakı-Ələt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 23-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Hyundai” markalı maşın yoldan çıxaraq aşıb. İddialara əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Hadisə zamanı maşın yararsız vəziyyətə düşüb. Maşında sıxılı vəziyyətdə qalan sürücü yaxınlıqda olan polis və vətəndaşların köməyi ilə çıxarılıb. Həmçinin zərbənin təsirindən dəmir maneənin bir hissəsi sıradan çıxıb.

Qeyd edək ki, faktla bağlı araşdırma davam edir. 

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
avtosfer.az

1Mənbələr