AZ

Mbappe xəstəlikdən çəkisini itirdi

style='margin-bottom:10px;'>

“Real”ın futbolçusu Kilian Mbappe xəstəliyə görə arıqlayıb. 

QOL.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

26 yaşlı hücumçu kəskin qastroenterit səbəbilə 4-5 kiloqram çəki itirib. 

Xatırladaq ki, fransalı oyunçu 19 iyun tarixində xəstəxanaya yerləşdirilmiş və həmin axşam klubun düşərgəsinə qayıtmışdı. Onun vəziyyəti klublararası dünya çempionatı çərçivəsində “Əl-Hilal”la matçdan (1:1) əvvəl pisləşmişdi. Xəstəliyin yayılmaması üçün Mbappe komandadan təcrid edilmişdi.

Qeyd edək ki, daha öncə mətbuatda yayılan xəbərlərə əsasən, Kilian Mbappe 27 iyunda klublararası dünya çempionatının 3-cü tur oyununda “Zalzburq”a qarşı keçiriləcək görüşdə meydana çıxa bilər.

Seçilən
27
27
teleqraf.com

10Mənbələr