AZ

İspaniya nəhəngi 21 yaşlı kapitanı alır

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Strasburq"un və Seneqal millisinin yarımmüdafiəçisi Habib Diarra karyerasını İspaniya nəhəngində davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "RMC Sport" yayıb.

Məlumata görə, onun xidmətində "Atletiko Madrid" maraqlıdır. Madrid təmsilçisinin artıq Liqa 1 komandasının 21 yaşlı kapitanı ilə əlaqə saxladığı bildirilib. Mənbə bu keçidin ispanlara 25 milyon avroya başa gələcəyini vurğulayıb.

Qeyd edək ki, Diarra son mövsümdə Liqa 1-də 30 matça çıxaraq 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun komandası Fransa çempionatını turnir cədvəlinin 7-ci pilləsində başa vurub.

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
2
fanat.az

3Mənbələr