Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, qəza rayonun Qalaboyun kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "Lada Niva" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində 1 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.