AZ

"İstədiyimiz kimi məşq edə bilmirik" - "Çelsi"nin baş məşqçisi şikayətləndi

ABŞ-də keçirilən klublararası dünya çempionatında iştirak edən "Çelsi"nin baş məşqçisi Entso Mareska hava şəraitindən şikayətlənib.

Fanat.Az xəbər verir ki, onun sözlərini ESPN belə çatdırıb:

"İsti hava səbəbindən istədiyimiz kimi məşq edə bilmirik. Oyun ərəfəsində gücümüzü qorumağa çalışırıq. Səhər məşqi çox qısa oldu. Sabahkı matçı gözləyirik, vəssalam. Başqa cür mümkün deyil. Belə şərtlər altında hər şey çətinləşir, amma növbəti mərhələyə yüksəlmək üçün sabah bütün gücümüzü meydanda qoyacağıq".

Qeyd edək ki, "Çelsi" iyunun 25-də Tunis təmsilçisi "Esperans" ilə qarşılaşacaq. Qarşılaşma Filadelfiyadakı "Linkoln Faynenşel Fild" stadionunda baş tutacaq. Oyun günü havanın hərarətinin +36 dərəcə olacağı gözlənilir. 

Nihat  

Seçilən
4
1
fanat.az

2Mənbələr