AZ

Tezliklə sevgililərindən ayrılacaq 4 Bürc: Bu Bürcləri çətin günlər gözləyir

Astroloji dünyasında hər dövr öz enerjisini gətirir. Bəzən münasibətlər güclənir, bəzən isə gerçəklərlə üz-üzə gəlmək vaxtı çatır. Qarşıdakı həftələrdə bəziləri üçün eşq həyatında ciddi dönüş nöqtələri yaşana bilər. Geri hərəkətdə olan Venera planeti, çətin astroloji aspektlər və emosional aydınlıq axtarışı bəzi bürclərdə ayrılıq qərarını sürətləndirə bilər.

İndi isə sevgilisindən ayrılmaq ehtimalı ən yüksək olan 4 bürcə nəzər salaq:

TƏRƏZİ BÜRCÜ

Əsasən münasibətlərdə harmoniya və balans axtaran Tərəzilər, son vaxtlar bu tarazlığı tapmaqda çətinlik çəkə bilər. Daim "göz yuman" və idarə edən tərəf olmaq onları yorub. Şəxsi ehtiyaclarını arxa plana atmaq artıq daxildə narahatlıq yaradır. Bu səbəblə, yaxın günlərdə öz dəyərlərini qorumaq üçün radikal qərarlar ala bilərlər. Bu qərarlar isə münasibətlərdə qırılma nöqtəsi ola bilər.

BALIQ BÜRCÜ

Həssas və fədakar Balıqlar üçün sevgi bir emosional sığınacaqdır. Lakin son zamanlarda yaşanan məyusluqlar və xəyal qırıqlıqları onları reallıqla üzləşdirir. Xəyal etdikləri ilə yaşadıqları arasında fərq çoxdursa, Balıqlar bu dəfə geri çəkilməyi seçə bilər. Özünü yetərsiz və anlaşılmamış hiss edən Balıqlar üçün bu proses çətin olsa da, daxili sağalma yolunda ilk addım ola bilər.

ƏKİZLƏR BÜRCÜ

Əkizlər üçün azadlıq və zehni uyğunluq hər şeydən önəmlidir. Əgər son vaxtlar münasibətdə özünü sıxılmış və məhdudlaşdırılmış hiss edirsə, ani ayrılıq qərarı verə bilər. Duyğusal bağdan çox intellektual yaxınlıq axtaran Əkizlər, enerjisini başqa sahələrə yönəltmək istəyəcək. Yaxın ətrafın da təsiri ilə sürətli ayrılıq ehtimalı yüksəkdir.

OĞLAQ BÜRCÜ

Sakit və məntiqli Oğlaqlar üçün münasibətlərdə gələcək perspektivi çox önəmlidir. Qarşısındakı insanda uzunmüddətli uyğunluq görmürsə, emosiyalarını boğaraq ayrılıq qərarı verə bilər. Soyuqqanlı görünə bilər, amma içində artıq qərarını çoxdan verib. Əgər karyera və şəxsi inkişaf ön plandadırsa, sevgi ikinci plana keçə bilər.

Vüsal

Seçilən
16
bakuinfo.net

1Mənbələr