AZ

Kamerunlu hücumçuya yeni təklif göndərdi - Premyer Liqa nəhəngi

“Mançester Yunayted” “Brentford”un hücumçusu Brayan Mbeumonun transferi üçün yeni rəsmi təklif göndərib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Mbeumo hazırda “qırmızı şeytanlar”ın əsas transfer hədəflərindən biri olaraq qalır.

“Mançester Yunayted” 25 yaşlı oyunçu üçün təklifi artıq həftəsonu göndərsə də, danışıqlar hələ də davam edir. Transferin məbləği70 milyon avrodan çox ola bilər.

Kamerunlu hücumçu son mövsümdə bütün turnirlərdə 42 oyunda meydana çıxıb, 20 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Brentford”la müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

Seçilən
37
1
sportinfo.az

10Mənbələr