AZ

"Azərbaycan Nəşriyyatı"nın zərəri artıb

"Azərbaycan Nəşriyyatı" MMC 2024-cü ili 1 milyon 842 min manat xalis zərər ilə başa vurub. Şirkət 2023-cü ili 1 milyon 610 min manat xalis zərər ilə bağlamışdı.

Marja.az xəbər verir ki, "Azərbaycan Nəşriyyatı"nın əsas əməliyyat gəlirləri 2023-cü ildə 5 milyon 374 min manat ikən, 2024-cü ildə 5 milyon 223 min manata düşüb.

Şirkətin əsas xərcləri isə 4 milyon 978 min manatdan 5 milyon 684 min manata qalxıb. 

Azərbaycan Nəşriyyatı
Seçilən
71
50
marja.az

10Mənbələr