AZ

Rusiya Xarkov, Kupyansk və Zaporojyeyə hücum edib

Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəni davam etdirir.

Herbiand.az Ukrayna mənbələrinə istinadən xəbər verir ki, ötən gecə Xarkov, Kupyansk və Zaporojyeyə həmlələr olub.

Xarkov hərbi administrasiya rəhbəri Oleq Sinegubov şəhərə azı 7 zərbə endirildiyini bildirib. Həlak olanlar və zərbələrin nəticələri barədə məlumat dəqiqləşdirilir.

Hərbi administrasiya rəhbəri Kupyanskda idarə olunan aviabombalarla zərbə endirilməsi barədə də məlumat verib. "9 mərtəbəli yaşayış binasına ziyan dəyib. 5 mülki şəxs xəsarət alıb. Onlara bütün lazımi tibbi yardım göstərilir".

Bundan əlavə, ruslar Zaporojyaya raketlərlə hücum ediblər, nəticədə 9 yaşayış binası, yardımçı tikililər və avtomobillər zədələnib.

Zaporojya hərbi administrasiya rəhbəri İvan Fedorovun məlumatına  görə, şəhərə dörd zərbə endirilib, iki nəfər yaralanıb - 31 və 35 yaşlı kişilər, onlardan birinin vəziyyəti orta ağır olaraq xəstəxanaya yerləşdirilib.

Seçilən
5
herbiand.az

1Mənbələr