Azərbaycan Standartlaşdırma İnstitutu “Ət gigiyenasının ümumi prinsipləri” dövlət standartını ləğv edilməsi üçün ictimai müzakirəyə çıxarıb.
“APA-Economics” xəbər verir ki, ictimai müzakirə bitdikdən sonra standartın ləğv edilməsi ilə bağlı qərar qəbul ediləcək.
Qeyd edək ki, “Ət gigiyenasının ümumi prinsipləri” dövlət standartı 2011-ci ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə təsdiq edilib və qüvvəyə minib.