AZ

Sahibkarlar cəzaçəkmə müəssisələrində yeni istehsalat və xidmət sahələri yaradacaq

Peşə təhsilindən yararlanmış məhkumların iş imkanlarının genişləndirilməsi üçün sahibkarlar (işəgötürənlər) tərəfindən cəzaçəkmə müəssisələrinin ərazisində yeni istehsalat və xidmət sahələri yaradılacaq.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.

Sərəncama əsasən, 2025–2027-ci illər ərzində Nazirlər Kabineti Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası peşə təhsilindən yararlanmış məhkumların iş imkanlarının genişləndirilməsi üçün sahibkarlar (işəgötürənlər) tərəfindən cəzaçəkmə müəssisələrinin ərazisində yeni istehsalat və xidmət sahələrinin yaradılması məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsini təmin etməlidir.

Seçilən
23
6
apa.az

8Mənbələr