AZ

107 illik yolun zirvəsində tarixi Zəfərimiz, suverenliyimizin tam bərpası, Qarabağımızın, Şərqi Zəngəzurumuzun dirçəlməsi dayanır - Vüqar Rəhimzadə

Bakı. Trend:

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur.107 illik yolun zirvəsində tarixi Zəfərimiz, suverenliyimizin tambərpa edilməsi, azad Qarabağın, azad Şərqi Zəngəzurun dirçəlməsi,Böyük Qayıdış Proqramının uğurlu icrası dayanır. RəşadətliOrdumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə44 gündə yazdığı şanlı tarix onun gücünün, qüdrətinin, döyüşruhunun təqdimatı oldu. Bu gün qürurla qeyd edirik ki, düyanın əngüclü ordularından biri Azərbaycan Ordusudur, ən yenilməz, məğrurxalq Azərbaycan xalqıdır. Baxmayaraq ki, 30 il torpaqlarımızı işğalaltında saxlayan Ermənistan havadarlarının dəstəyinə arxalanaraqbelə bir mif yaratmışdı ki, guya ən güclü ordu onlara məxsusdur.Tarixi Zəfərimiz bu mifi tamamilə dağıtdı. Amma onu da qeyd edəkki, 44 günlük İkinci Qarabağ müharibəsinə qədər ordumuz Ermənistansilahlı qüvvələrinə dəfələrlə dərs verib, hansı gücə malik olduğunutəsdiqləmişdi. 2016-cı ilin Aprel döyüşlərində uğurlu əks-hücuməməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarınınişğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsi azadedildi. Azərbaycan Ordusu daha bir uğurunu 2018-ci ilin mayındaGünnüt zəfəri ilə qazandı. Naxçıvan Muxtar Respublikasının 11 minhektardan çox ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndənazad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelərAzərbaycanın nəzarəti altına keçdi. Dövlət başçısı, Müzəffər AliBaş Komandan İlham Əliyevin 2018-ci il iyunun 26-da Bakının Azadlıqmeydanında Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyimünasibətilə keçirilən təntənəli hərbi paradda səsləndirdiyi bufikirləri bir daha xatırlatmaq istərdik: “2016-cı ilin Apreldöyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardanazad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çoxböyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda,Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimiziqabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bubayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarındadalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu günişğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaqAzərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paraddagöstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq vəyaxınlaşdırırıq.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-əaçıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, xalqımızın qələbə arzusu çoxkeçmədən reallaşdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətənmüharibəsində rəşadətli Ordumuzun qazandığı şanlı Qələbə tariximizəqızıl hərflərlə yazıldı. 10 dekabr 2020-ci il tarixdə Azərbaycan vəTürkiyə Prezidentlərinin iştirakı ilə Bakının Azadlıq meydanındakeçirilən Zəfər paradında Müzəffər Ali Baş Komandan İlham Əliyevbir daha diqqəti Silahlı Qüvvələrimizin yaradılmasının 100 illiyinəhəsr edilən paradda əminliklə söylədiyi çağırışa yönəldərəkbildirdi ki, demişdim gün gələcək və bu gün işğaldan azad ediləntorpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanınagətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik,Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəligedəcəyik.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan Ordusunun 107 ildəkeçdiyi yola nəzər salmaq bir tələb kimi qarşımızda dayanır.1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti NazirlərŞurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - əlahiddə Azərbaycankorpusu yaradıldı. Müasir milli ordunun yaradılması isə ÜmummilliLider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi iləhakimiyyətə qayıdışı ilə başlandı. Ulu Öndər hələ hakimiyyətininbirinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək hərbikadrların yetişdirilməsi istiqamətində mühüm addımlar atdı. 1971-ciildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbinyaradılmasına nail olundu. Heydər Əliyev azərbaycanlı gəncləri,həmçinin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsilalmağa göndərirdi. Azərbaycan Silahlı Qüvvələrin formalaşmasındaCəmşid Naxçıvanski adına Hərbi Liseyin yetişdirdiyi milli zabitkadrlarımızın müstəsna rolu var. Onlar Birinci Qarabağmüharibəsində, Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsindəmisilsiz qəhrəmanlıq göstərdilər. Müstəqilliyimizin bərpasının ilkillərində nizami ordudan danışmaq mümkün deyildi. Müxtəlif hərbidəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Bundanistifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha genişmiqyas alırdı. Azərbaycan müstəqilliyini itirmək təhlükəsi iləüz-üzə qalmışdı. Belə bir ağır vaxtda xalqın təkidli tələbi iləhakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev digər sahələrdə olduğukimi, ordu quruculuğunda da mühüm addımları ilə yeni mərhələninəsasını qoydu. 1994-cü il mayın 12-də atəşkəs haqda müqaviləimzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasıdaha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsindəSilahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına,şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüşruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Ulu Öndər HeydərƏliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, ƏlahiddəAzərbaycan Korpusunun yarandığı gün – 26 iyun AzərbaycanRespublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il butarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Milli Məclisin deputatı qeyd edib ki, ordu quruculuğu prosesininbeynəlxalq standartlara uyğunlaşdırılması prioritet məsələ kimiöndə dayandı. Belə ki, 1990-cı illərin ortalarından başlayaraqAzərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğuprosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizinmodernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəboldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminətərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə“Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə“Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digərikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbiyenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrintərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazananvə öz standartlarını NATO standartlarına uyğunlaşdıran AzərbaycanOrdusu modern orduya çevrildi.

Vüqar Rəhimzadə bildirib ki, ordu quruculuğu prosesi son 21ildən artıq dövrdə Ümummilli Liderin siyasi kursunu uğurla davametdirən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasistiqamətlərindən biridir. Dövlətimizin başçısı İlham Əliyevindiqqət və qayğısı nəticəsində hərbçilərin peşəkarlığınınartırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixolojihazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silahvə texnika ilə təchizatı istiqamətində davamlı addımlar atıldı.Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda müasir hərbi-sənaye kompleksi də yaradılıb. Azərbaycanda mindən çox hərbitəyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalqsərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cürnailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat vətexnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Ölkəmizinson illərdə dinamik inkişafı Silahlı Qüvvələrə ayrılan büdcəvəsaitinin artması və nəticə etibarilə ordumuzun güclənməsi iləmüşayiət olunması Prezident İlham Əliyevin ordu quruculuğuistiqamətində atdığı addımların tərkib hissəsidir. Dövlətimizinbaşçısının göstərişinə əsasən, 2025-ci ildə büdcənin müdafiə vətəhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8milyard 396,3 milyon manata çatdırılıb.

Millət vəkili vurğulayıb ki, ordu quruculuğunda görülən işləri,qazanılan nəticələri bir yazıda tam əhatə etmək mümkün deyil. Bugün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlınınqürurlu, alnı açıq, üzü ağ olmasını şərtləndirən tarixi Zəfərimiz,Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqilAzərbaycanın artıq qalib, bütövləşən, yeni Azərbaycan kimi təqdimolunması bu günədək görülən işlərin aydın mənzərəsini yaradır. XXIəsrin müharibəsini aparan Azərbaycan Ordusunun döyüş əməliyyatları,xüsusən Şuşa əməliyyatı bu gün dünyanın qabaqcıl hərbiməktəblərində öyrənilir. Vətən müharibəsində 3000-dən çox əsgər vəzabitimiz torpaqlarımızın azad edilməsi uğrunda şəhid oldu. Onlarınruhu qarşısında baş əyirik. Bu şanlı Qələbəni xalqımıza yaşatmışrəşadətli Ordumuzun qəhrəmanlığını yüksək qiymətləndirən Prezident,Müzəffər Ali Baş Komandan İlham Əliyev döyüşlərdə igidlik göstərmişhərbi qulluqçularımızın təltif olunması ilə bağlı sərəncamlarimzaladı. Həmin medal və ordenlərin təsis olunması qələbəninəbədiləşdirməsi və iştirakçılara ayrılan ali diqqətintəcəssümüdür.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, Vətən müharibəsindənsonrakı dövrdə Azərbaycan Ordusunun daha da gücləndirilməsiistiqamətində mühüm addımlar atılır, komando bölmələri yaradılır.Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarınauyğunlaşdırılması da əsas hədəflərdəndir. Bu istiqamətində həyatakeçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsindəidarəetmənin təkmilləşdirilməsi məqsədilə 2022-ci ildə MilliMüdafiə Universiteti yaradıldı. Azərbaycan və Türkiyə hərbiəməkdaşlığı tükənməz perspektivə malikdir. İki ölkənin silahlıqüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması,əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və həyatakeçirilən çoxsaylı birgə təlimlər də birlik və əməkdaşlığın önəmliistiqamətlərindəndir. Prezident İlham Əliyevin ordumuzun Türkiyəordusunun modeli əsasında yenidən qurulması təşəbbüsü çağdaş dövrünçağırışlarına və Azərbaycanın müdafiə qabiliyyətinin daha daartırılmasına hədəflənən ordu quruculuğu strategiyasıdır. Bustrategiyanın uğurla həyata keçirilməsi Azərbaycan Ordusununhərbi-texniki göstəricilərini daha yüksək səviyyəyə qaldırılmasınıtəmin edəcək və ölkəmizin müdafiə qabiliyyətini qat-qat artıracaq.Türkiyə hərbi sənayesi ilə milli hərbi sənayemizin birgəəməkdaşlığı qarşıya qoyulan məqsədlərə nail olunmasına mühümtöhfələr verəcək.

Millət vəkili belə bir ümumiləşdirmə aparıb ki, 44 günlük İkinciQarabağ müharibəsində tarixi Zəfərimiz, bir günlük antiterrortədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsiordumuzun gücü, peşəkarlığı, döyüş ruhu ilə yanaşı,Prezident-Xalq-Ordu birliyini, həmrəyliyini beynəlxalq aləmənümayiş etdirdi. Vətən müharibəsinin rəmzinə çevrilən “Dəmiryumruq” həm gücümüzün, həm də birliyimizin təcəssümüdür.

Seçilən
9
8
az.trend.az

9Mənbələr