AZ

“Rusiya Ermənistanda asayişin qorunmasında maraqlıdır” - Peskov

“Rusiya Ermənistanın firavan və dost ölkə olmasında maraqlıdır, lakin ölkənin daxilindəki vəziyyət onun daxili işidir”. 

Missiya.Az xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ermənistanda hüquq-mühafizə orqanlarının dövlət çevrilişinə cəhdinin qarşısının alınması ilə bağlı xəbərə münasibət bildirərkən deyib.

O bildirib ki, bu Ermənistanın daxili işidir:

“Təbii ki, biz Ermənistanda asayişin qorunmasında, çiçəklənən, sabit və Rusiyaya dost ölkə olmasında maraqlıyıq", - deyə Peskov vurğulayıb.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
4
1
missiya.az

2Mənbələr