“Rusiya Ermənistanın firavan və dost ölkə olmasında maraqlıdır, lakin ölkənin daxilindəki vəziyyət onun daxili işidir”.
Missiya.Az xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ermənistanda hüquq-mühafizə orqanlarının dövlət çevrilişinə cəhdinin qarşısının alınması ilə bağlı xəbərə münasibət bildirərkən deyib.
O bildirib ki, bu Ermənistanın daxili işidir:
“Təbii ki, biz Ermənistanda asayişin qorunmasında, çiçəklənən, sabit və Rusiyaya dost ölkə olmasında maraqlıyıq", - deyə Peskov vurğulayıb.
Daşqın HəsənovMissiya.Az