AZ

Prezident İlham Əliyevdən dörd polkovnikə general-mayor rütbəsi - Sərəncam

Prezident

Prezident İlham Əliyevdən dörd polkovnikə general-mayor rütbəsi Prezident İlham Əliyevin sərəncamı ilə dörd polkovnikə “general-mayor” ali hərbi rütbəsi verilib. Təyinatlar:Mürsəl İbrahimov:- Mürsəl İbrahimov: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisidir. Uzun illər təhlükəsizlik sahəsində çalışıb, son olaraq “Kapital Bank”da Təhlükəsizlik Departamentinin direktoru olub. 2023-cü ildə Prezidentin sərəncamı ilə Dövlət Xidmətinə rəis təyin edilib.Elnur Kazımov- Elnur Kazımov: Müdafiə Nazirliyinin Katibliyinin rəisidir. Əvvəllər Satınalmalar və Təchizat İdarəsinin rəisi olub. Ədliyyə general-mayoru, sabiq hərbi prokuror müavini Rasim Kazımovun qardaşıdır.Bir ailədə iki generalBelə ki, yeni general-mayor hərbi prokurorun sabiq müavini Rasim Kazımovun qardaşıdır. Rasim Kazımovun özü də general-mayor rütbəsi daşıyır.Elgün Əliyev- Elgün Əliyev: Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisidir. Bu vəzifəyə qədər müxtəlif hərbi strukturlarda xidmət göstərib.Vasif Xəlilov- Vasif Xəlilov: Müdafiə Nazirliyinin Rabitə və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisidir. İxtisası üzrə uzunillik təcrübəyə malikdir.İdris Məhərrəmov- İdris Məhərrəmov: Azərbaycan Ordusunun korpuslarından birinin komandiridir. Onun rəhbərliyi ilə bir sıra uğurlu əməliyyatlar həyata keçirilib.Rəxşəndə DaşdəmirovaUlusum.az

Diqqət Çəkənlər

Ümidverici xəbər: aktyor Vüsal Murtuzəliyev reanimasiyadan çıxıb

Əgər Tramp İranın nüvə obyektlərinə hücum etməsəydi...

Müge Anlının sirr kimi gizlətdiyi qızı məzun oldu - FOTO

Seçilən
30
ulusum.az

1Mənbələr